Gəncədə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Gəncədə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb Gəncədə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Daxili siyasət
20 Yanvar , 2021 12:39
Gəncədə  20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Gəncə şəhərində Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib.

"Report"un Qərb bürosu xəbər verir ki, ölkədə tədbiq edilən xüsusi karantin rejimi qaydalarına uyğun şəkildə keçirilən anım mərasimində faciə qurbanlarının xatirəsi yad edilib, ruhuna dualar oxunub.

Gəncə şəhərindəki Şəhidlər xiyabanının girişində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə itkin düşmüş şəxslərin xatirəsinə inşa edilən abidə ziyarət olunub, üzərinə 100-ə yaxın şəhidin adı yazılan lövhə ziyarət edlib.

Ölkədə tədbiq edilən xüsusi karantin rejiminin qaydalarına əməl olunmaqla sakinlər gün ərzində Şəhidlər xiyabanına gələrək Vətən uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsini yad ediblər.

Son xəbərlər

Orphus sistemi