"Gəncə Vətən müharibəsində həm ön, həm də arxa cəbhədə şəhid verib" - RƏY

"Gəncə Vətən müharibəsində həm ön, həm də arxa cəbhədə şəhid verib" - RƏY “Gəncə şəhəri 44 günlük Vətən müharibəsində həm ön, həm də arxa cəbhədə şəhid verib”.
Daxili siyasət
11 Oktyabr , 2022 12:26
Gəncə Vətən müharibəsində həm ön, həm də arxa cəbhədə şəhid verib - RƏY

“Gəncə şəhəri 44 günlük Vətən müharibəsində həm ön, həm də arxa cəbhədə şəhid verib”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

O, Gəncə terrorunun yaddaşlarda dəhşətli bir gecə kimi qaldığını, ani şok halından ilk əvvəl nə baş verdiyini anlamaq mümkün olmadığını söyləyib: “Gecə saatlarında əhalinin sıx yaşadığı bir əraziyə ballistik raketin atılmasının tək bir adı var, o da terrordur. İnsanlar vahimə içində olsa da, şəhəri tərk etmək niyyətində deyildilər və mübarizəni sonadək davam etdirdilər. Bir sözlə, Gəncə şəhəri 44 günlük Vətən müharibəsində həm ön, həm də arxa cəbhədə şəhid verib. Dinc sakinlər - körpələr, uşaqlar, qadınlar, yaşlı insanlar Gəncə terrorunun qurbanına çevrildi. Şəhər dəfələrlə raket atəşlərinə məruz qaldı və evlər, ictimai iaşə obyektləri, avtomobillər, küçələr dağıdıldı, məhv edildi. Ancaq bu hadisələrdən iki il keçməsinə baxmayaraq, Qərb Ermənistanın müharibə cinayətlərinə hələ də susur. Bir cinayətkar belə öz cəzasını almayıb”.

M.Cəfərov bildirib ki, Gəncə faciəsi Xocalı soyqırımından sonra Azərbaycana xalqına qarşı törədilmiş ən böyük vəhşiliklərdən biridir: “Şəhərin kütləvi qırğın silahları ilə atəşə tutulması gecə saatlarında baş verirdi, hansı ki, bununla əsas məqsəd daha çox insan təlafatına yol açmaq idi. Azərbaycan tərəfindən bu faciə ilə əlaqədar müxtəlif beynəlxalq qurumlara, təşkilatlara müraciət olunub. Ancaq hələ də məsələyə düzgün qiymət verilmir. Bütün bunlara baxmayaraq, biz yenə də susmamalı və cinayətkarlar cəzalarına çatanadək təbliğat işlərimizi davam etdirməliyik”.

Son xəbərlər

Orphus sistemi