Gəncə polisinin rəisinə birinci müavin təyin edilib

Gəncə polisinin rəisinə birinci müavin təyin edilib Daxili işlər orqanlarında yeni təyinat olub
Daxili siyasət
23 Fevral , 2021 15:22
Gəncə polisinin rəisinə birinci müavin təyin edilib

Daxili işlər orqanlarında yeni təyinat olub.

“Report” xəbər verir ki, polis polkovnik-leytenantı Niyaməddin Qasımov Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin birinci müavini vəzifəsinə təyin edilib.

N.Qasımov bu təyinata qədər Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) şöbə müdiri vəzifəsində çalışırdı.

Qeyd edək ki, Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin birinci müavini, polis polkovnik-leytenantı Çingiz Aslanov vəzifəsindən azad olunaraq Balakən Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Son xəbərlər

Orphus sistemi