Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq Bu, 2017-ci ildə ayrılan vəsaitdən 530 min 699 manat çoxdur
Daxili siyasət
25 Oktyabr , 2017 17:21
Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

Bakı. 25 oktyabr. REPORT.AZ/ Növbəti il Azərbaycan Milli Məclisinə (MM) ayrılacaq vəsaitin həcmi müəyyənləşib.

“Report”un xəbərinə görə, bu, 2018-ci il dövlət büdcəsi layihəsində əks olunub.

Gələn il MM-ə 24 milyon 232 min 55 manat vəsait ayrılacaq.

Bu rəqəm 2017-ci ildə ayrılan vəsaitdən 530 min 699 manat çoxdur.

Qeyd edək ki, bu il MM-ə 23 701 356 manat ayrılıb.

Son xəbərlər

Orphus sistemi