Bakıdan yola düşən növbəti köç Füzuli şəhərinə çatıb - YENİLƏNİB

Bakıdan yola düşən növbəti köç Füzuli şəhərinə çatıb - YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Daxili siyasət
24 Noyabr , 2023 13:45
Bakıdan yola düşən növbəti köç Füzuli şəhərinə çatıb - YENİLƏNİB

İşğaldan azad olunan Füzuli rayonuna sakinlərin qaydışı davam edir. Səhər saatlarında növbəti köç karvanı ilə Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan 25 ailə Füzuliyə çatıb.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, yenidən çiçəklənən Füzuli doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 25 ailə olmaqla, 72 nəfər Füzuli sakini doğma yurduna qovuşub.

Füzuli şəhərinə çatan ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən böyük coşqu ilə qarşılanıblar.

Onlar daha öncədən Füzulidə məskunlaşan həmyerliləri ilə görüşürək, Vətənə qovuşmağın sevincini paylaşıblar.

06:37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

“Report” xəbər verir ki, növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 72 nəfər köçürülür.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Daha da gözəlləşən və abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 283 ailə, yəni 1 000 nəfərin daimi məskunlaşması təmin edilib.

Son xəbərlər

Orphus sistemi