Füzuli rayonunun icra başçısı aksiya keçirilən kəndin sakinləri ilə görüşüb

Füzuli rayonunun icra başçısı aksiya keçirilən kəndin sakinləri ilə görüşüb İcra başçısı onların problemləri ilə maraqlanıb
Daxili siyasət
15 Yanvar , 2016 13:52
Füzuli rayonunun icra başçısı aksiya keçirilən kəndin sakinləri ilə görüşüb

Bakı. 15 yanvar. REPORT.AZ/ Füzuli Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Alı Alıyev iki gün əvvəl aksiya keçirilmiş Böyük Bəhmənli kəndinin sakinləri ilə görüşüb, onların problemləri ilə maraqlanıb. RİH-dən "Report"a verilən məlumata görə, görüşdə sakinlər kənd yolunun bərpa olunmasını, yararsız vəziyyətdə olan elektrik transformatorunun dəyişdirilməsini və ərzağın qiymətinin bahalaşmasının qarşısının alınmasını icra başçısından xahiş ediblər. 

İcra başçısı görüşdə sakinlərə bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı yanvarın 15-dən əlavə dəyər vergisindən (ƏDV) azad olunub, ölkə ərazisində unun və çörəyin qiyməti aşağı salınıb. İcra başçısının göstərişinə əsasən Böyük Bəhmənli kəndində iki ədəd yeni elektrik transformatoru quraşdırılıb. Həmçinin icra başçısı kənd yolunun bərpa olunacağına da söz verib.

Son xəbərlər

Orphus sistemi