AVRO-2020: Əcnəbilərdən Bakıda tələb olunacaq sənədlər açıqlandı

AVRO-2020: Əcnəbilərdən Bakıda tələb olunacaq sənədlər açıqlandı Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin məlumatı
Daxili siyasət
9 İyun , 2021 15:01
AVRO-2020: Əcnəbilərdən Bakıda tələb olunacaq sənədlər açıqlandı

Dövlət Miqrasiya Xidməti futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək oyunları ilə əlaqədar Azərbaycana səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə bağlı məlumat yayıb.

Qurumun İctimaiyyətlə əlaqələr idarəsindən "Report"a bildirilib ki, əcnəbilər aşağıda göstərilən sənədlərdən hər hansı birini təqdim etdikdə bu il iyulun 5-dək dövlət sərhədindən buraxılış məntəqələrində viza ala bilərlər:

Oyunların Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin və ya AFFA-nın rəsmi dəvət məktubu;
UEFA-nın müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya digər sənəd;
Bakıdakı oyunlara qatılan komandaların təmsil etdikləri ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün oyuna bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

Futbol oyunları ilə əlaqədar ölkəyə səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslər mütləq qaydada uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd təqdim etməlidirlər.

Qeyd olunub ki, Avropa çempionatının oyunları ilə əlaqədar Azərbaycana səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslər ölkədə 15 gündən artıq qaldıqları təqdirdə, olduqları yer üzrə qeydiyyata alınmalıdırlar.

Son xəbərlər

Orphus sistemi