Fuad Ələsgərov: "Əraziləri minalardan təmizləmək humanist və şərəfli missiyadır"

Fuad Ələsgərov: "Əraziləri minalardan təmizləmək humanist və şərəfli missiyadır" Bakı. 20 sentyabr. REPORT.AZ/ Ərazilərin minalardan təmizlənməsi humanist missiyadır və bu şərəfli missiyanı həyata keçirənlər çox vaxt öz həyat və sağlamlıqlarını belə təhlükə altına atırlar. Ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan üçün minalardan təmizləmə fəaliyyəti böyük əhəmiyyət kəsb edir.
Daxili siyasət
20 Sentyabr , 2018 10:04
Fuad Ələsgərov: Əraziləri minalardan təmizləmək humanist və şərəfli missiyadır
Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Ərazilərin minalardan təmizlənməsi humanist missiyadır və bu şərəfli missiyanı həyata keçirənlər çox vaxt öz həyat və sağlamlıqlarını belə təhlükə altına atırlar. Ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan üçün minalardan təmizləmə fəaliyyəti böyük əhəmiyyət kəsb edir".

"Report"un xəbərinə görə, bunu Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA)-NATO Dəstək Agentliyi (NSPA) Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun "Ceyrançöl ərazisinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi" birgə layihəsinin bağlanış mərasimində Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov deyib.

O qeyd edib ki, buna görə də ölkə rəhbərliyi tərəfindən ANAMA-ya, onun maddi-texniki təchizatının gücləndirilməsinə xüsusi diqqət ayrılır: "Əminik ki, ANAMA-nın xarici tərəfdaşlarla, o cümlədən NATO-nun müvafiq strukturları ilə qurduğu səmərəli əməkdaşlıq bundan sonra da uğurla davam etdiriləcək".

Son xəbərlər

Orphus sistemi