“Fövqəladə hallar uşaqların gözü ilə” uşaq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi olub

“Fövqəladə hallar uşaqların gözü ilə” uşaq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi olub Fövqəladə Hallar Nazirliyinin keçirdiyi “Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Daxili siyasət
December 18, 2024 07:35
“Fövqəladə hallar uşaqların gözü ilə” uşaq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi olub

Fövqəladə Hallar, Elm və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə “Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

"Report" xəbər verir ki, mərasimdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsirov və digər rəsmilər iştirak ediblər.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirilən tədbirdə şagirdlərin əl işləri nümayiş olunub, rəsmilər sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu müsabiqənin şagirdlər arasında odla təhlükə, uşaqların təhlükəsiz yaşaması məsələləri üçün önəm daşıdığına diqqət çəkib:

"Bu tədbir 12 ildir keçirilir. Uşaqların rəsm əsərlərinin keyfiyyəti və fəlsəfəsi artıb. Təbii fəlakətlərin vura biləcəkləri ziyan və aradan qaldırılması istiqamətində uşaqların töhfələri də önəmlidir".

Nazir əlavə edib ki, bugünkü uşaqlar və bundan sonrakı nəsil müstəqil, suverenliyin tam bərpa olunduğu Azərbaycanda yaşayırlar və yaşayacaqlar.

Çıxış edən gənclər və idman naziri Fərid Qayıbov qeyd edib ki, bu kimi tədbirlər uşaqların, gənclərin inkişafına dəstəkdir.

Elm və təhsil nazirinin müavini Həsən Həsənli qeyd edib ki, gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün işlər davam etdirilir.

"Azərbaycan şagirdlərinin , gənclərin potensialı böyükdür. İnanırıq ki, onlar ölkəmizi gələcəkdə yüksək səviyyədə təmsil edəcəklər", - deyə o qeyd edib.

Daha sonra tədbir çərçivəsində "Fövqəladə hallar uşaqların gözü ilə" XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Tədbir bədii hissə ilə davam etdirilib.

Foto: Məhəmməd Ağayev

Son xəbərlər

Orphus sistemi