Fövqəladə Hallar Nazirliyinin on illik yubileyinə həsr olunan konfrans keçirilib

Fövqəladə Hallar Nazirliyinin on illik yubileyinə həsr olunan konfrans keçirilib Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin fəaliyyəti barədə videoçarx nümayiş olunub
Daxili siyasət
30 Sentyabr , 2015 19:39
Fövqəladə Hallar Nazirliyinin on illik yubileyinə həsr olunan konfrans keçirilib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyində nazirliyin yaradılmasının 10 illik yubileyinə həsr olunmuş “İnkişaf yolu: dünən, bu gün və sabah” mövzusunda ümumrespublika konfransı keçirilib.

FHN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, konfransda əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra tədbiri giriş sözü ilə açan fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov ölkəmizdə təbii və texnogen xarakterli fəlakətlər zamanı əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məsələsinin ulu öndər Heydər Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanıldığını qeyd edib. O bildirib ki, ümummilli liderin uğurlu siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasının səmərəli idarə olunmasını təmin etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında 2005-ci il 16 dekabr tarixində imzaladığı sərəncam dövlətimizin başçısının ölkə vətəndaşlarının təhlükəsizliyinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Ötən on il ərzində ölkəmizdə fövqəladə halların səmərəli idarə olunmasının təşkili məqsədilə görülən işlərdən danışan nazir müavini FHN-in beynəlxalq əlaqələrinə diqqət çəkərək nazirliyin xarici ölkələrdə həyata keçirdiyi xilasetmə əməliyyatlarına da toxunub, konfransın işinə uğurlar arzulayıb.

Sonra Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin fəaliyyəti barədə videoçarx nümayiş olunub.

Konfransda çıxış edən FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Səfər Qurbanov, Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun direktoru Rüşti Səfərov, FHN Akademiyasının rəis müavini Cabir Həsənov, Dövlət Neft Şirkətinin “Qazixrac” İdarəsinin rəisi Qağaməli Seyfullayev, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov, “Azərneftkimyamaş” ASC-nin idarə heyətinin sədri Əli Qaraxanov və digər məruzəçilər Fövqəladə Hallar Nazirliyinin yaradılmasından ötən dövrə nəzər salaraq görülən işlərdən danışıblar. Natiqlər sənayedə və dağ-mədən işlərinin görülməsində təhlükəsizliyin təmin olunmasının əsas istiqamətləri və prinsipləri, qarşıda duran vəzifələr və perspektivlər barədə söz açıblar.

Son xəbərlər

Orphus sistemi