Rusiyanın Rossiya-24 televiziya kanalında mayın 10-da efirə gedən “Formula Vlasti” verilişinin Böyük Vətən müharibəsində Qələbə gününə həsr olunan buraxılışında bu müharibədə Qələbənin qazanılmasında Azərbaycanın da mühüm rolundan bəhs edilib, dövlətimizin başçısının Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsindən bir hissə yayımlanıb.
"Report" AzərTac-a istinadən xəbər verir ki, “Formula Vlasti” verilişinin Qələbə gününə həsr olunan buraxılışında müharibənin tarixindən, partizan hərəkatından danışılır. Verilişdə bir sıra dövlət və hökumət başçılarının, rəsmi şəxslərin, BMT-nin Baş katibi Antonio Quterreşin müsahibələri və çıxışlarından da hissələr verilib.
Verilişdə Böyük Vətən müharibəsində dünya ölkələrinin və xalqlarının həm ön, həm də arxa cəbhədə faşizmə qarşı mübarizəsindən bəhs olunur, onların Qələbə naminə xidmətləri vurğulanır. Bu baxımdan böyük Qələbənin əldə olunmasında Azərbaycanın da rolu xüsusi qeyd edilir.
Verilişdə dövlətimizin başçısının Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsindən bir hissə də yayımlanıb.
Diktor qeyd edib ki, Azərbaycandan 120-dən çox Sovet İttifaqı Qəhrəmanı var. Müharibə illərində Azərbaycan zavodları fasiləsiz olaraq hərbi texnika, o cümlədən məşhur “Katyuşa”ları istehsal edirdi. Azərbaycan Sovet Ordusunu neftlə 70 faiz, yanacaqla 80 faiz, sürtkü yağları ilə 90 faiz təchiz edirdi.
Prezident