Ombudsman Aparatı və FHN Heydər Əliyev və Azərbaycanda insan hüquqları sahəsində islahatlar mövzusunda konfrans keçiriblər

Ombudsman Aparatı və FHN Heydər Əliyev və Azərbaycanda insan hüquqları sahəsində islahatlar mövzusunda konfrans keçiriblər Azərbaycanın Ümumilli Lideri Heydər Əliyevin dövründə dövlət siyasətində insan hüquq və azadlıqlarının qorunmasına xüsusi əhəmiyyət verilib
Daxili siyasət
11 Dekabr , 2024 16:12
Ombudsman Aparatı və FHN Heydər Əliyev və Azərbaycanda insan hüquqları sahəsində islahatlar mövzusunda konfrans keçiriblər

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin dövründə dövlət siyasətində insan hüquq və azadlıqlarının qorunmasına xüsusi əhəmiyyət verilib

"Report" xəbər verir ki, bu sözləri fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov Ombudsman Aparatı və FHN-in birgə təşkilatçılığı ilə keçirilən "Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasında insan hüquqlarına əsaslanan islahatlar" mövzusunda konfransda deyib.

Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğunun əsasları Heydər Əliyev tərəfindən qoyulduğunu deyən T.Əmiraslanov qeyd edib ki, insan hüquqları sahəsində aparılmış islahatlar cəmiyyətin və dövlətin inkişafında əvəzsiz rol oynayıb.

Tədbirdə çıxış edən Ombudsman Səbinə Əliyeva isə vurğulayıb ki, Heydər Əliyev fövqəladə hallar orqanlarının institusional bazasının yaradılmasında xüsusi rol oynayıb. Ombudsmanın fikrincə, Heydər Əliyevin rəhbərliyi ilə fövqəladə halların idarə olunması sahəsində strateji yanaşma formalaşdırılıb.

Konfrans ərzində davam edən panel çıxışlarda Milli Məclisin deputatları Aydın Mirzəzadə və Aydın Hüseynov, FHN Akademiyasının rəisi Baba Salayev, AMEA Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov və əməkdar jurnalist Mübariz Əsgərov fikirlərini səsləndiriblər. Onlar qeyd ediblər ki, Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu Heydər Əliyevin geniş islahatları sayəsində reallaşıb.

Deputat Aydın Mirzəzadə xatırladıb ki, 1998-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda ölüm cəzası ləğv edilib. Onun fikrincə, bu, insanların yaşamaq hüququnun təmini baxımından mühüm addım hesab edilib.

Konfransda həmçinin vurğulanıb ki, ulu öndərin təşəbbüsü ilə amnistiya aktlarının tətbiqi və əfv institutunun bərpası yüzminlərlə insanın cəzadan azad edilməsi ilə nəticələnib.

Tədbirin yekununda “Ölüm hökmü - ömürlük cəza” sənədli filmi nümayiş olunub.

Foto: Samirə Həsənova

Son xəbərlər

Orphus sistemi