FHN-in Aran Regional Mərkəzi “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirib

FHN-in Aran Regional Mərkəzi “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirib Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin təşkilatçılığı ilə Ağdaş rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev və tərəqqi” mövzusunda tədbir keçirilib.
Daxili siyasət
17 Mart , 2023 12:31
FHN-in Aran Regional Mərkəzi “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzinin təşkilatçılığı ilə Ağdaş rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev və tərəqqi” mövzusunda tədbir keçirilib.

Bu barədə "Report"a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Tədbirdə FHN-in Aran Regional Mərkəzi və digər aidiyyəti qurumlarının əməkdaşları, Milli Məclisin deputatı Məzahir Əfəndiyev iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, ümummilli liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbir öz işinə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Aran Regional Mərkəzinin rəis müavini mayor Ruhan Nəsibov ulu öndər Heydər Əliyevin zəngin ömür yolundan, müasir müstəqil Azərbaycanın bu günü və gələcəyi üçün həyata keçirdiyi titanik fəaliyyətdən danışıb, ölkəmizdə bütün sahələrin inkişafında ümummilli liderin misilsiz xidmətlərindən bəhs edib.

Sonra çıxış edən Milli Məclisin deputatı Məzahir Əfəndiyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən danışıb. 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışının dövlətçilik tariximizin şanlı səhifəsini təşkil ediyini, bütün sahələrdə ardıcıl və məqsədyönlü islahatların həyata keçirildiyini xatırladan natiq ulu öndərin müstəqil Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, ölkəmizin beynəlxalq miqyasda böyük nüfuz qazanması istiqamətində müdrik addımlarından söz açıb. M.Əfəndiyev deyib ki, dahi rəhbərin siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında bu gün Azərbaycan regionun lideri olmaqla bərabər, həm də beynəlxalq məkanda qüdrətli dövlət kimi nüfuz qazanıb.

Tədbirdə digər çıxış edənlər də görkəmli dövlət xadiminin müdrik və uzaqgörən siyasəti ilə ölkəmizin hərtərəfli inkişafına nail olunduğunu, ulu öndərin titanik fəaliyyəti sayəsində dövlət müstəqilliyimizin dönməz və əbədi olduğunu bildiriblər.

Sonda ümummilli liderin ömür yolundan bəhs edən sənədli film nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi