Fəzail Ağamalı: "Şuşa Bəyannaməsi Azərbaycana geniş imkanlar açır"

Fəzail Ağamalı: "Şuşa Bəyannaməsi Azərbaycana geniş imkanlar açır" "Biz bu gün üçün hər bir türk şəhidinə tarix boyu minnətdarıq".
Daxili siyasət
15 Sentyabr , 2021 13:16
Fəzail Ağamalı: Şuşa Bəyannaməsi Azərbaycana geniş imkanlar açır

"103 il öncə Azərbaycan fəlakətlər yaşadığı bir vaxtda qardaş ölkənin Qafqaz İslam Ordusu Bakıya gəldi. Qafqaz İslam Ordusu Azərbaycanın yenicə yaradılmış ordusu ilə birgə çox böyük çətinliklərlə üzləşmələrinə baxmayaraq, bolveşik-daşnak dəstələrini darmadağın edib Bakıya daxil oldular".

"Report"un xəbərinə görə, bu fikirləri Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bununla da Azərbaycanın müstəqilliyi üçün geniş imkan açıldı və Azərbaycan yeni dövrə qədəm qoydu: "Bu, ən çətin zaman kəsiyində Türkiyə-Azərbaycan münasibətlərinin bizə verdiyi tarixi qürurdur. Düz 102 il sonra yenidən sentyabrın 27-də Azərbaycan ermənilər və onların arxalarında duranlara qarşı özünün Vətən müharibəsinə başlayanda yenə qardaş Türkiyə bizimlə bərabər oldu. Bu dəfə həm siyasi, həm də mənəvi dəstək verdi. Qürurluyuq ki, biz türkük və bu gün çox sevincli anlar yaşayırıq".

F.Ağamalı vurğulayıb ki, artıq Azərbaycan Türkiyə ilə müttəfiqlik müqaviləsi içərisindədir: "Şuşa
Bəyannaməsi Azərbaycana geniş imkanlar açır. Bu gün Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimləri keçirilir. Azərbaycan güclü üçlüyün içərisində Qafqaz parlamaqdadır. Biz bu gün üçün hər bir türk şəhidinə tarix boyu minnətdarıq".

Son xəbərlər

Orphus sistemi