Fərid Şəfiyev: "Azərbaycanda beyin mərkəzlərinin inkişafına diqqət artırılmalıdır"
- 19 dekabr, 2022
- 06:51
Yeniliklərdən dərhal xəbərdar olun!
"Hesab edirəm ki, bundan sonra Azərbaycanda dövlət tərəfindən beyin mərkəzlərinin inkişafına daha çox diqqət ayrılacaq".
"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Qafqazda təhlükəsizlik və çağırışlar” adlı Gənc Alimlərin Respublika Forumunda çıxışı zamanı deyib.
O, ölkədə bu sahəyə marağın günbəgün artdığını söyləyib: "Perspektivdə beyin mərkəzlərinin inkafına nail olacağımıza inanıram. Gənclərə də bu sahəyə yönəlməyi, öz üzərilərində işləməyi və dil biliklərini inkişaf etdirməyi tövsiyə edirəm".
Bu gün qardaş Türkiyədə beyin mərkəzlərinə ayrılan vəsaitin miqdarının Rusiyanı ötdüyünü vurğulayan sədr bildirib ki, bu, Rusiyada da müzakirə mövzusuna çevrilib.