"Bizim Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri ilə sıx əməkdaşlığımız var".
Bunu “Report”a müsahibəsində gənclər və idman naziri Fərid Qayıbov Naxçıvanda gənclər və idman siyasətinin necə həyata keçirildiyi ilə bağlı sualı cavablandırarkən deyib.
"Bu il ərzində iki dəfə olmuşam orada. Birlikdə aktiv çalışırıq. Bir neçə tədbirlər keçirmişik. Bu yaxınlarda yeniyetmələr arasında Beynəlxalq Şahmat Olimpiadası keçirildi və yüksək səviyyədə təşkil olunmuşdu. Bundan əlavə, mən oradakı idman qurğuları ilə tanış olmuşam. İdmançılarla görüşmüşük, bizə iradları da oldu ki, bir azca uzaqda qalıblar. Beynəlxalq tədbirlərdə onları da dəvət edəcəyik. Çalışırıq ki, sıx əməkdaşlıq edək, bu vaxta qədərki əməkdaşlıqlarımızda da heç bir sıxıntı yaşamamışıq", - F.Qayıbov bildirib.
Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.