Ədliyyə naziri Şəkidə vətəndaşları qəbul edib

Ədliyyə naziri Şəkidə vətəndaşları qəbul edib Fərid Əhmədov Şəkidə vətəndaşları qəbul edib.
Daxili siyasət
5 aprel 2025 10:22
Ədliyyə naziri Şəkidə vətəndaşları qəbul edib

Ədliyyə naziri Fərid Əhmədov Şəki şəhərində vətəndaşları qəbul edib.

Bu barədə "Report"a Ədliyyə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, qəbulda Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi