Ermənistan rəhbərliyinin və erməni xalqının Qərbi Azərbaycan qaçqınlarının öz ata-baba ocaqlarına qayıdışını əngəlləyə biləcəklərini real hesab etmirəm.
Bunu "Report"a müsahibəsində Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli deyib.
Onun sözlərinə görə, Qərbi azərbaycanlıların öz yurduna qayıdışına mane olacaq bir güc yoxdur:
"Əgər qarşı tərəf bizim öz evlərimizə, kəndlərimizə dinc yolla qayıdışımızı təmin etsə, elə hesab edirəm ki, özlərinin regionda qalıb yaşamaq şanslarını da təmin etmiş olarlar. Bizim öz ata-baba yurdumuza qayıdışımıza mane olacaq, bunun qarşısını ala biləcək bir güc yoxdur. Azərbaycanı alternativ yollar axtarmağa məcbur etməsinlər. Biz dinc yolla qayıtmaq istəyirik".
İcma sədri bildirib ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası uğurla icra olunmaqdadır:
"Strategiya aydındır: dinc yolla, təhlükəsizliyimizin təmin olunması şərtilə və ləyaqətlə ata-baba yurdumuza mütləq qayıdacağıq".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.