Ev alqı-satqısında problemlərin hüquqi həlli yolları - VİDEO

Ev alqı-satqısında problemlərin hüquqi həlli yolları - VİDEO Ev alqı-satqısında problemlərin həll yollarını "Report”un “Hüququnuz var” verilşində vəkil Rəşad Vaqifoğlu Vəkillər Kollegiyasının üzvü Vamiq Şükürovla müzakirə edib
Daxili siyasət
21 May , 2021 09:28
Ev alqı-satqısında problemlərin hüquqi həlli yolları - VİDEO
Vamiq Şükürov

Daşınmaz əmlakın dövlət reyesterindən çıxarış - “kupça” kimi tanınan sənədi olmayan evlərin qeyri-rəsmi alqı-satqısı, yeni tikililərdə müqavilə ilə mənzilə sahib olma, etibarnamə yolu ilə daşınmaz əmlakın alınması vətəndaşlar üçün bir çox hüquqi problemlərlə nəticələnir. Həmin mənzillərdən istifadə hüququ mümkün olsa da, sərəncamvermə hüququ - rəsmi qaydada satmaq, bağışlamaq, icarəyə vermək olmur.

Bu problemi yaradan əsas səbəblərdən biri Mənzil Tikinti Kooperativləri (MTK) tərəfindən tikilən çoxmərtəbəli binaların vətəndaşlara notarial qaydada deyil, müqavilə əsasında verilməsidir. Bu isə ona gətirib çıxarır ki, bəzən bir mənzil üçün bir neçə şəxslə müqavilə bağlanır. Bununla bağlı uzun illər davam edən məhkəmə prosesləri olsa da, nəticədə çox sayda adam həm pulundan olur, həm də mənizlə sahib ola bilmir. Həmçinin bu cür tikililərə sonradan çıxarış almaq da ayrı bir problemə çevrilir. Bu halda da vətəndaş mənzilini rəsmi qaydada özgəninkiləşdirə bilmir, yaşayış yeri üzrə rəsmi qeydiyyatla bağlı problem yaşayır və s.

Digər bir problem özbaşına tikili hesab olunan sənədsiz evlərin alqı-satqısı ilə bağlıdır. Məlumdur ki, bu cür evlərin də çıxarışı olmadığına görə rəsmi alqı-satqısı mümkünsüz olur.

Mənzil və fərdi yaşayış evinin rəsmi alqı-satqısı necə həyata keçirilməlidir, bu kimi hallarda vətəndaşlar dələduzluqla üzləşmək risklərindən necə qoruna bilərlər, problemlərlə üzləşən zaman hansı hüquqi yollardan istifadə etməlidir?

“Report”un “Hüququnuz var” verilşində vəkil Rəşad Vaqifoğlu (Əliyev) mövzunu Vəkillər Kollegiyasının üzvü Vamiq Şükürovla müzakirə edib.

Son xəbərlər

Orphus sistemi