"Ermənistanın təxribatının məqsədi Vaşinqton görüşünün nəticələrini şübhə altına almaq, Brüsseldə irəliləyişlərə nail olmamaqdır" - RƏY

"Ermənistanın təxribatının məqsədi Vaşinqton görüşünün nəticələrini şübhə altına almaq, Brüsseldə irəliləyişlərə nail olmamaqdır" - RƏY Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtondakı görüşündən sonra Rusiya tərəfinin verdiyi açıqlamalar rəsmi İrəvanın təxribatlara əl ata biləcəyi ehtimalını yaradırdı. Bu təxribatın da əsas faktorlarından biri Vaşinqton görüşünün nəticələ
Daxili siyasət
11 May , 2023 13:50
Ermənistanın təxribatının məqsədi Vaşinqton görüşünün nəticələrini şübhə altına almaq, Brüsseldə irəliləyişlərə nail olmamaqdır - RƏY

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtondakı görüşündən sonra Rusiya tərəfinin verdiyi açıqlamalar rəsmi İrəvanın təxribatlara əl ata biləcəyi ehtimalını yaradırdı. Bu təxribatın da əsas faktorlarından biri Vaşinqton görüşünün nəticələrini şübhə altına almaq, Brüsseldə keçirilən görüşdə irəliləyişlərə nail olmamaq və həmçinin də Kollektiv Təhlükəsizlik Müqaviləsi Missiyasının Ermənistan sərhədinə gətirilməsi üçün əlverişli zəmin yaratmaq olub.

Bu fikirləri “Report”a açıqlamasında siyasi analitik Elçin Mirzəbəyli deyib.

O həmçinin qeyd edib ki, Nikol Paşinyanın Moskvada keçirilən paradda iştirakı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının Ermənistana gətiriləcəyi ilə bağlı səsləndirdiyi fikirlər Ermənistanın növbəti dəfə təxribata əl ata biləcəyini gündəmə gətirirdi:

“Bu təxribatın da əsas faktorlarından biri Vaşinqton görüşünün nəticələrini şübhə altına almaq, Brüsseldə keçirilən görüşdə irəliləyişlərə nail olmamaq və həmçinin də Kollektiv Təhlükəsizlik Müqaviləsi Missiyasının Ermənistan sərhədinə gətirilməsi üçün əlverişli zəmin yaratmaq olub. İndiki davranışlar sübuta yetirir ki, Ermənistana verilən təlimatlar məhz bu istiqamətdə olub və Rusiya bölgədə özünün dominant rolunu qoruyub saxlamağa çalışır. Vəziyyətin ekskalasiyasına və daha sonra ekskalasiyanın dayandırılmasına cəhd göstərir ki, bu da Rusiyanın siyasət ənənəsinə uyğun bir davranışdır. Yəni münaqişəni yaradır, sonra isə münaqişədə vasitəçi kimi istifadə iştirak edərək guya sülhü təmin etdiyini nümayiş etdirməyə cəhd göstərir”.

Ekspert vurğulayıb ki, Ermənistanın son təxribatlarında İrana məxsus pilotsuz uçuş aparatlarından istifadə etməsi Ermənistanın terrorçu dövlətin yanında olduğunu və faktiki olaraq terror dövləti olduğunu nümayiş etdirməsi kimi dəyərləndirilməlidir:

“Təbii ki, atılacaq istənilən təxribat xarakterli addım Azərbaycan Silahlı Qüvvələri tərəfindən cavablandırılacaq və baş verənlər Ermənistan üçün daha ciddi problemlərə gətirib çıxara bilər. Çünki Ermənistanın atdığı hər təxribat cavabsız qalacağı təqdirdə bu ölkənin davamlı olaraq təxribatlara əl atdığını hər kəs bilir. Bu aspektdən də təcavüzkar davranışlar istənilən halda halda ən sərt şəkildə qarşılığını alacaq”.

Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutub. Nəticədə bir hərbçimiz şəhid olub, daha bir hərbçimiz isə yaralanıb.

Son xəbərlər

Orphus sistemi