Məhərrəm Əliyev: "Ermənilər daima aranı qatmağa çalışır, müəyyən narazılıqlar yaradırlar"

Məhərrəm Əliyev: "Ermənilər daima aranı qatmağa çalışır, müəyyən narazılıqlar yaradırlar" "Azərbaycan dövləti möhkəm əllərdədir"
Daxili siyasət
148
10 May , 2021 10:50
Məhərrəm Əliyev: Ermənilər daima aranı qatmağa çalışır, müəyyən narazılıqlar yaradırlar
Məhərrəm Əliyev

“Azərbaycan xalqının bəlkə də ən böyük bəlasından biri erməni kimi təcavüzkar düşmənimizin olmasıdır. Ermənilər daima aranı qatmağa çalışır, müəyyən narazılıqlar yaradırlar”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administra­siyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev jurnalistlərə açıqlamasında deyib.

“Bunlara baxmayaraq hesab edirəm ki, Azərbaycan dövləti möhkəm əllərdədir. Bu gün dövlətimiz qüvvətli və güclüdür. Ən əsası odur ki, dövlət başçımız İlham Əliyevin bu məsələlərdə ən yüksək və keyfiyyətli işlərinin şahidi olmuşuq” deyə Prezidentin köməkçisi əlavə edib.

Son xəbərlər

Orphus sistemi