Əqli Mülkiyyət Agentliyinin işçilərinin sayı açıqlanıb

Əqli Mülkiyyət Agentliyinin işçilərinin sayı açıqlanıb Bir neçə nəfər öz xahişi ilə işdən azad olunub
Daxili siyasət
176
22 Fevral , 2021 12:40
Əqli Mülkiyyət Agentliyinin işçilərinin sayı açıqlanıb

Əqli Mülkiyyət Agentliyinin işçilərinin sayı açıqlanıb.

"Report" xəbər verir ki, Agentliyin aparatı və tabeliyində olan qurumlar üzrə işçilərin cəmi sayı 264 nəfərdir.

O cümlədən agentliyin aparatında 68 nəfər, agentliyin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzində 28 nəfər, agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzində 63 nəfər, agentliyin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında isə 105 nəfər olub.

Ötən il Əqli Mülkiyyət Agentliyinin Aparatına 4 nəfər, Agentliyin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinə 2 nəfər, Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinə 10 nəfər, Agentliyin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasına 4 nəfər işə qəbul edilib, Agentliyin Aparatından 3 nəfər, Agentliyin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzindən 2 nəfər, Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzindən 4 nəfər, Agentliyin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasından 3 nəfər öz xahişi ilə işdən azad olunub.

Son xəbərlər

Orphus sistemi