Elşad Həmidov: “İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri olaraq istintaq təcridxanalarında başçəkmələr həyata keçirirəm” - YENİLƏNİB

Elşad Həmidov: “İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri olaraq istintaq təcridxanalarında başçəkmələr həyata keçirirəm” - YENİLƏNİB Bakı. 3 aprel. REPORT.AZ/ Məsələ ilə bağlı “Report”a açıqlama verən Elşad Həmidov əslində təşkilata özünün sədrlik etdiyini bildirib: “İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri mən seçilmişəm. Təşkilatın sabiq sədri, mərhum Elçin Behbudovun xanımı bizə qarşı məhkəmə iddiası da qaldırdı, lakin məhkəməni uduzdu. Mən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri olaraq Dövlət Təhlükəsizliyi Xidməti və digər dövlət qurumlarının istintaq təcridxanalarında, internat məktəblərində və digər yerlərdə başçəkmələr həyata keçirirəm. Təşkilatın sədri olmasaydım, məni həmin yerlərə buraxmazdılar. Mən buradan sizin informasiya agentliyi vasitəsilə bizim adımızdan istifadə edənlərə üz tuturam: Bir daha İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin adından istifadə etməyin. Əks halda, məhkəməyə və dövlət qurumlarına müraciət etməli olacağıq”.
Daxili siyasət
3 Aprel , 2018 16:03
Elşad Həmidov: “İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri olaraq istintaq təcridxanalarında başçəkmələr həyata keçirirəm” - YENİLƏNİB

Bakı. 3 aprel. REPORT.AZ/ Məsələ ilə bağlı “Report”a açıqlama verən Elşad Həmidov əslində təşkilata özünün sədrlik etdiyini bildirib: “İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri mən seçilmişəm. Təşkilatın sabiq sədri, mərhum Elçin Behbudovun xanımı bizə qarşı məhkəmə iddiası da qaldırdı, lakin məhkəməni uduzdu. Mən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri olaraq Dövlət Təhlükəsizliyi Xidməti və digər dövlət qurumlarının istintaq təcridxanalarında, internat məktəblərində və digər yerlərdə başçəkmələr həyata keçirirəm. Təşkilatın sədri olmasaydım, məni həmin yerlərə buraxmazdılar. Mən buradan sizin informasiya agentliyi vasitəsilə bizim adımızdan istifadə edənlərə üz tuturam: Bir daha İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin adından istifadə etməyin. Əks halda, məhkəməyə və dövlət qurumlarına müraciət etməli olacağıq”.


*** 2 aprel, saat 23:33

Bakı. 2 aprel. REPORT.AZ/ İşgəncələrə Qarşı Azərbaycan Komitəsinə yeni sədr təyinatı olunması barədə məlumat yayılıb.

“Report”un xəbərinə görə, yayılan məlumatlarda bildirilib ki, sözügedən vəzifə Azərbaycan Texniki Universitetində müəllim kimi fəaliyyət göstərən fəlsəfə elmləri doktoru Hüseynov Tural Yadigar oğluna həvalə olunub.

Son xəbərlər

Orphus sistemi