​Ellada Məmmədli: "Əvvəldən Qubad İbadoğlunun tərəfdarlarına deyəydilər ki, partiyanı tərk edin"

​Ellada Məmmədli: "Əvvəldən Qubad İbadoğlunun tərəfdarlarına deyəydilər ki, partiyanı tərk edin" Müsavat Partiyasının Qadınlar Təşkilatının sədri: "Tək olsaydım, istefa ilə bağlı düşünərdim"
Daxili siyasət
18 Noyabr , 2014 10:33
​Ellada Məmmədli: Əvvəldən Qubad İbadoğlunun tərəfdarlarına deyəydilər ki, partiyanı tərk edin
Bakı. 18 noyabr. REPORT.AZ/ "Müsavat Partiyasında bu cür halların baş verməsindən üzülürəm. İnanmazdım ki, bu məsələlər belə həddə çatsın. Burada bir-birimizə düşmən kəsilmişik. İllərdir, meydanda olan adamlar niyə belə etsin ki?! Axı, barışıq istəyən adamlar belə etməməlidir".

Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının Qadınlar Təşkilatının sədri Ellada Məmmədli deyib. O bildirib ki, Qubad İbadoğlunun tərəfdarlarının partiyadan uzaqlaşdırılması bir planın tərkib hissəsidir: "Osman Kazımov demişdi ki, partiyada təmizləmələr aparmaq lazımdır. İndiki hadisələr də o planın tərkib hissəsidir. Elə əvvəldən siyahı tutaydılar, deyəydilər ki," Qubad bəyin tərəfdarları, partiyanı tərk edin"".

E.Məmmədli Müsavat Partiyasını tərk etmək fikrində olmadığını qeyd edib: "Partiyanı tərk etmək fikrində deyiləm. Həyatım boyu mübarizə aparmışam. Təbii ki, hər şeyin vaxtı var. Mənim partiyada üzərimə çox böyük məsuliyyətli iş düşür. Tək deyiləm, tək olsaydım, istefa ilə bağlı düşünərdim. Düşünürəm ki, nəticə əldə edəcəyik. Qubad bəy də sülh tərəfdarıdır. Bizimlə sülh bağlamayanlar bunu məqsədli şəkildə edirlər".

Qeyd edək ki, Müsavat Partiyasının başqanlığına sabiq namizəd Səxavət Əlisoy partiyadan xaric edilib. Sabiq MNTK üzvü Əlövsət Talışxanlı və Məclis üzvü Hikmət Hacızadə S.Əlisoyun partiyadan xaric edilməsinə etiraz olaraq istefa veriblər.

Son xəbərlər

Orphus sistemi