Yuxarı
    Bağlamaq

    ​Əli Kərimlinin müşavirinin oğluna inzibati həbs cəzası verilib

    O, 7 sutka müddətinə azadlıqdan məhrum edilib

    Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin üzvü Turan İbrahim inzibati qaydada həbs edilib.

    Bu barədə "Report"a T.İbrahimin əmisi Həsrət İbrahimov məlumat verib. O bildirib ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Turan İbrahimə 7 sutka müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

    Ona İnzibati Xətalar Məcəlləsinin 310-cu (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə ittiham irəli sürülüb.

    Qeyd edək ki, T.İbrahim AXCP sədri Əli Kərimlinin həbsdə olan müşaviri Məmməd İbrahimin oğludur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi