Əli Kərimlinin müavini: "Cəbhə ilə Müsavatın bir araya gəlməsi AXCP-dəki bir çox insanda böyük qıcıq yarada bilər"

Əli Kərimlinin müavini: "Cəbhə ilə Müsavatın bir araya gəlməsi AXCP-dəki bir çox insanda böyük qıcıq yarada bilər" "İki partiya arasında müttəfiqliyin asan olacağı düşüncəsində deyiləm"
Daxili siyasət
17 Yanvar , 2015 12:19
Əli Kərimlinin müavini: Cəbhə ilə Müsavatın bir araya gəlməsi AXCP-dəki bir çox insanda böyük qıcıq yarada bilər

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rəhbərliyi AXCP sədri Əli Kərimli ilə Müsavat Partiyasının başqanı Arif Hacılının görüşünə münasibət bildirib.

AXCP sədrinin müavini F.Qəhrəmanlı "Report"a açıqlamasında deyib ki, bu görüşdən uzağa gedən nəticələr çıxarmaq doğru deyil.

Partiya sədrinin müavini Razi Nurullayev isə "Report"a bildirib ki, yenidən partiyaların əməkdaşlıq etməsi, bir araya gəlməsi partiyada bir çox insanda böyük qıcıq yarada bilər: "Partiyalar arasında xeyli birliklər olub və sonradan dağılıb. Hər dəfə bir yerdə olub, sonradan dağılışma insanlarda qıcıq yaradır. Ona görə də iki partiya arasında müttəfiqliyin asan olacağı düşüncəsində deyiləm".

O deyib ki, AXCP-nin Milli Şuradan başqa platformalarda yer alacağını düşünmür: "Buna isti yanaşmıram. Milli Şura daxili ictimaiyyətin və beynəlxalq aləmin qəbul etdiyi birliklərdən biridir. Bu birlikdə əksər müxalifət partiyaları iştirak etdiyinə görə düşünürəm ki, bu, sonuncu birlik formatı olmalıdır".

Xatırladaq ki, AXCP sədri Əli Kərimli ilə görüş Müsavat Partiyasının başqanı Arif Hacılının təşəbbüsü ilə keçirilib. A.Hacılı deyib ki, görüşdə iki partiya arasında əməkdaşlıq perspektivləri müzakirə olunub: "Əli Kərimli ilə görüşdə öz fikirlərimi və Müsavat Partiyasının mövqeyini onun diqqətinə çatdırdım".

Son xəbərlər

Orphus sistemi