Yuxarı

​Əli Kərimli İŞİD-i dəstəkləyən əmisi oğluna xəbərdarlıq edib

İnqilab Kərimova irad bildirilib

Bakı. 18 avqust. REPORT.AZ/ AXCP “facebook” profilində İŞİD-lə bağlı status paylaşan partiya üzvü İnqilab Kərimova xəbərdarlıq edib. “Report” xəbər verir ki, partiyanın İnformasiya şöbəsinin yaydığı açıqlamada AXCP rəhbərliyinin İ.Kərimova ciddi irad bildirildiyi qeyd olunub: “İnqilab bəyə bildirildi ki, bundan sonra zarafat və ironiyalarında da diqqətli olsun”.

Qeyd edək ki, İ.Kərimov AXCP sədri Əli Kərimlinin əmisi oğludur. İ.Kərimov “facebook”da “İŞİD heç də hər adamın başını kəsmir... İŞİD adını müxalifət qoyub, nazirliklərə dal qapıdan girib-çıxanların başını kəsir...Və düşünürəm ki, düz də edir...Azərbaycana xoş gəlirsən, İŞİD...” yazıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi