Bakı. 7 noyabr. REPORT.AZ/ “Hazırda Azərbaycanın siyasi həyatında müxalifətin hansısa bir iştirakı yoxdur”. Bunu “Report”a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Şuranın 9 noyabr tarixinə mitinq təyin etməsinə münasibət bildirərkən deyib. “Müxalifətin Azərbaycanda baş verən ictimai-siyasi proseslərə heç bir halda təsiri yoxdur. Çünki onlar doğrudan da sosial bazaya malik deyil. Bizim cəmiyyətimiz, insanlarımız başqa bir formatda yaşayırlar. Yəni, insanlarımız Azərbaycanda baş verən daha boyuk qlobal hadisələrin - iqtisadi və idman proyektlərinin fonunda yaşayır, daha belə kiçik hadisələrlə yox”.
Əli Hüseynli: “Müxalifətin Azərbaycanda baş verən ictimai-siyasi proseslərə heç bir təsiri yoxdur”
Daxili siyasət
7 noyabr 2014
13:22


Rus versiyası
Али Гусейнли: Оппозиция не оказывает влияния на происходящие в Азербайджане общественно-политические процессы
Son xəbərlər
