Yuxarı
    Bağlamaq

    Əli Həsənov: "Dünya Azərbaycanlılarının İş Adamları Birliyi yaradılmalıdır”

    Prezidentin köməkçisi: Dünya azərbaycanlıları yaşadıqları cəmiyyətlərə inteqrasiya olunmalıdırlar

    Bakı. 4 iyun. REPORT.AZ/ “Dünya Azərbaycanlılarının İş Adamları Birliyinin yaradılmasının zamanı çatıb. Bu birliyin konfrası Bakı şəhərində keçirilməlidir”.

    “Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Dünya Azərbaycanlılarının IV Qurultayının yekun iclasında deyib.

    O bildirib ki, Dünya Azərbaycanılarının İş Adamları Birliyinin yaradılması çox vacibdir: “Prezident İlham Əliyev dünyadakı azərbaycanlı iş adamlarını Azərbaycana dəvət edib, sərmayə qoymağa çağırıb. Dünya azərbaycanlıları yaşadıqları cəmiyyətlərə inteqrasiya olunmalıdırlar. Belə olanda azərbaycanlıların fəaliyyəti güclənir, cəmiyyətdə tanınırlar. Xarici ölkələrdə elə iş adamları var ki, parlament seçkilərində namizəd olanda kampaniyalarını maliyyələşdirə bilərlər. Biz onların potensialından istifadə etməliyik”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi