Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb

Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 28-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə görüşüb.
Daxili siyasət
28 Yanvar , 2022 17:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə görüşüb.

Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycanda bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar barədə söhbət açılıb.

Görüş zamanı Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında həyata keçirilən uğurlu əməkdaşlıq yüksək qiymətləndirildi, əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi