Azərbaycan bir sıra beynəlxalq təşkilatlara uğurlu sədrlik etməklə yanaşı, qlobal problemlərin həllinə öz töhfəsini verir.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi və COP29-a evsahibliyi beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisidir:
"Ölkəmizin BMT-dən sonra dünyanın ən böyük təsisatı olan Qoşulmama Hərəkatına 4 illik sədrliyi, eləcə də dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən COP29 üzrə sədrliyimiz Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisidir".
Baş nazir fürsətdən istifadə edərək COP29-un işinə verdiyi mühüm töhfəyə görə D-8 üzvlərinə təşəkkürünü bildirib.