Onun sözlərinə görə, bu, YAP-ın resursunun ölkədə nə qədər çox olmasından xəbər verir: "YAP bugünkü bələdiyyə seçkilərində çox yaxından iştirak edib, bütün bələdiyyələrdə öz namizədini irəli sürüb. Bütövlükdə ölkədə irəli sürülən namizədlərdən 40%-dən çoxu YAP-ın namizədi olub".
Ə.Əhmədov seçkilərin baş tutduğunu deyərək vurğulayıb ki, partiya seçkinin nəticələrinə böyük ümid bəsləyir: “İstinad etdiyimiz başlıca seçki resursu bu ümidlərə əsas verir. Seçkilər çox uğurla baş tutub, qanun pozuntularına yol verilməyib. Müşahidəçilərimiz çox geniş şəkildə prosesdə iştirak ediblər və onlar tərəfindən heç bir qanun pozuntusu barədə məlumat almamışıq".