Əli Əhmədov: “Heydər Əliyevin irsini öyrənmək dövlətçiliyə sədaqətdir”

Əli Əhmədov: “Heydər Əliyevin irsini öyrənmək dövlətçiliyə sədaqətdir” “Təhsil işçiləri onların üzərinə düşən məsuliyyəti dərk edirlər”
Daxili siyasət
5 May , 2016 11:05
Əli Əhmədov: “Heydər Əliyevin irsini öyrənmək dövlətçiliyə sədaqətdir”

Bakı. 5 may. REPORT.AZ/Heydər Əliyevin irsinin gənclər tərəfindən öyrənilməsi çox vacibdir”.

“Report”un məlumatına görə, bunu baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov Gülüstüan sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib. 

O bildirib ki, Heydər Əliyevin irsini öyrənmək dövlətçiliyə sədaqətdir: “Hər il minlərlə şagird Heydər Əliyevin irsini öyrənir. Layiqli vətəndaş olmaq üçün hər bir vətəndaş bu irsini dərindən mənimsəməlidir”.

Ə.Əhmədov vurğulayıb ki, Azərbaycanda təhsil sahəsində geniş islahatlar həyata keçirilir: “Bu istiqamətdə işlər götülür. Digər sahələrdə olduğu kimi bu sahəyə də xüsusi diqqət yetirilir. Ən böyük resurs insan resursudur, elmdir, təhsildir. Biz Azərbaycan elmini inkişaf etdiririk. Məktəblərdəki şagirdlərin dərin biliklərə yiyənlənməsi üçün hər bir şərait var. Təhsil işçiləri onların üzərinə düşən məsuliyyəti dərk edirlər. İnanıram ki, onlar əllərindən gələni əsirgəməyəcəklər”.

Son xəbərlər

Orphus sistemi