​Əli Əhmədov: “Heydər Əliyevin doğum gününün böyük sevinc hissi ilə qeyd olunması bir ənənəyə çevrilib”

​Əli Əhmədov: “Heydər Əliyevin doğum gününün böyük sevinc hissi ilə qeyd olunması bir ənənəyə çevrilib” Bakıda Heydər Əliyevin 92-ci ildönümünə həsr edilmiş “Azərbaycan müasir dünyada” konfrans keçirilir
Daxili siyasət
7 May , 2015 12:38
​Əli Əhmədov: “Heydər Əliyevin doğum gününün böyük sevinc hissi ilə qeyd olunması bir ənənəyə çevrilib”

Bakı. 7 may. REPORT.AZ/ “Heydər Əliyevin doğum gününün böyük sevinc hissi ilə qeyd olunması bir ənənəyə çevrilib. Bu, hər bir azərbaycanlının Heydər Əliyevin xatirəsinə, eləcə də Azərbaycan dövlətçiliyinə olan dərin məhəbbəti və ehtiramının ifadəsidir. Çünki Heydər Əliyev və Azərbaycan anlayışlarını bir-birindən ayrımaq mümkün deyil. Nə qədər ki, Azərbaycan var, Azərbaycanın hər bir vətəndaşı daim Heydər Əliyevin xatirəsini yad edəcək, ona hörmət və ehtiramını bildirəcək”.

“Report”un məlumatına görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, partiya sədrinin müavini Əli Əhmədov Heydər Əliyevin 92-ci ildönümünə həsr edilmiş “Azərbaycan müasir dünyada” konfransındakı çıxışında deyib.

O xatırladıb ki, YAP 12-ci ildir ki, ulu öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar tədbirlər keçirir: “Bu dəfəki konfransın mövzusunun “Azərbaycan müasir dünyada” olaraq seçilməsi heç də təsadüfi deyil. Müstəqil Azərbaycan dövlətinin sürətlə inkişaf edən, gələcəyi parlaq olan dövlətə çevrilməsi də məhz Heydər Əliyevin ideyaları, onun adı ilə bağlıdır. Azərbaycan bu il müstəqilliyinin 25 illiyini qeyd edəcək. Buna baxmayaraq, Azərbaycan artıq dünya birliyinin layiqli üzvü olduğunu sübut edib. MDB dövlətləri içində BMT-nin Təhlükəsizlik Şurasının üzvü olmağa layiq olan yeganə dövlət Azərbaycan olub. Bunun özü Azərbaycanın nüfuz və hörmətindən xəbər verir. Azərbaycanın iqtisadiyyatı ilə yanaşı, onun mədəniyyət, elm, idman və digər sahələrdə də inkişafı dünyada geniş rezonans doğurub. I Avropa Oyunlarının keçirilməsinin Azərbaycana həvalə edilməsi də onun dünyada nə qədər nüfuz və hörmət sahibi olmasından xəbər verir”.

Son xəbərlər

Orphus sistemi