Əli Əhmədov Çinin Dövlət Şurasının baş katibinin müavinini qəbul edib

Əli Əhmədov Çinin Dövlət Şurasının baş katibinin müavinini qəbul edib Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov Bakıda səfərdə olan Çin Xalq Respublikasının Dövlət Şurasının baş katibinin müavini, ÇXR-in Dövlət Şurası yanında Dövlət Orqanları üzrə İdarənin rəhbəri Li Baoronqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Daxili siyasət
1 İyun , 2018 21:01
Əli Əhmədov Çinin Dövlət Şurasının baş katibinin müavinini qəbul edib

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov Bakıda səfərdə olan Çin Xalq Respublikasının Dövlət Şurasının baş katibinin müavini, ÇXR-in Dövlət Şurası yanında Dövlət Orqanları üzrə İdarənin rəhbəri Li Baoronqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Report”un xəbərinə görə, görüşdə Ə.Əhmədov Çin nümayəndə heyətinin Azərbaycana səfərinin önəmini qeyd edib.

O, bu səfəri yüksək qiymətləndirib.

Baş nazirin müavini deyib ki, dost ölkələr olan Çin və Azərbaycan arasında çox yaxşı ikitərəfli münasibətlər var və bu münasibətlər inkişaf edir: “Siyasi sahədəki əlaqələri xüsusi vurğulamaq lazımdır. Yüksəksəviyyəli qarşılıqlı səfərlər zamanı müxtəlif sahələrdə əməkdaşlıqla bağlı danışıqlar aparılıb. Çinin Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı qətiyyətli mövqeyinə görə minnətdarlığımı bildirirəm. İki ölkə arasında siyasi münasibətlərin bir aspektinin də Azərbaycan və Çin hakim partiyalarının dostluq münasibətləridir. Bu əlaqələr bütün sahələrdə əməkdaşlığın inkişafına töhfə verir. Bütün bu münasibətlərin əsasını iqtisadi əməkdaşlıq təşkil edir. İki ölkə arasında iqtisadi əlaqələri inkişaf etdirmək üçün səylər xeyli artırılıb. Bu yaxınlarda Azərbaycanın iqtisadiyyat naziri Çində səfərdə olub. İqtisadi sahədə əlaqələr digər sahələrdəki münasibətlər üçün mühüm əsas yaradır. Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir. Biz dost ölkə kimi, daha çox Çin kapitalının Azərbaycana yatırılmasını arzu edirik”.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda turizm inkişaf edir: “Bu baxımdan, Çin vətəndaşlarının Azərbaycana daha çox səfər etmələrini arzulayırıq".

Görüşdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Oqtay Şahbazov ölkələr arasında tələbə mübadiləsinin genişləndirilməsini və Azərbaycanda Çin dilinin daha geniş tədrisini təklif edib.

Li Baoronq ölkələr arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələrinin olduğunu bildirib. Azərbaycana səfərdən məmnunluğunu bildirən qonaq qeyd edib ki, münasibətlərimizin inkişafı məmnunedicidir.

Son xəbərlər

Orphus sistemi