Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası təsdiqləndi

Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası təsdiqləndi Nazirlər Kabineti “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nı təsdiq edib.
Daxili siyasət
11 Fevral , 2020 19:45
Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası təsdiqləndi

Nazirlər Kabineti “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nı təsdiq edib.

“Report” xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərar “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanının 2.3.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə imzalanıb.

Qərara əsasən, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası” təsdiq edilib.

Bu Qərar dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minir.

Son xəbərlər

Orphus sistemi