Nazir müavini: "Elə gənclər təşkilatları var ki, qrant müsabiqəsi vaxtı peyda olurlar"

Nazir müavini: "Elə gənclər təşkilatları var ki, qrant müsabiqəsi vaxtı peyda olurlar" Bakı. 1 fevral. REPORT.AZ/ Dövlətin gənclərə yönəlik diqqət və qayğısı bu gün yüksək səviyyədə özünü büruzə verir.
Daxili siyasət
4571
1 Fevral , 2019 16:59
Nazir müavini: Elə gənclər təşkilatları var ki, qrant müsabiqəsi vaxtı peyda olurlar

Bakı. 1 fevral. REPORT.AZ/ "Dövlətin gənclərə yönəlik diqqət və qayğısı bu gün yüksək səviyyədə özünü büruzə verir".

"Report" xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev 2 Fevral - Gənclər Günü münasibətilə mətbuat nümayəndələri ilə görüşdə deyib.

Nazir müavini bildirib ki, bu gün gənclər siyasətinin normativləşdirilmiş bazası var: "Gənclərlə bağlı mövcud qanunvericiliyə dəyişiklik parlamentdə müzakirə mərhələsindədir. Hər yeni düzəliş və dəyişiklik dövrün çağırışlarına, dövlətin daxili çağırışlarına cavab verir".

O qeyd edib ki, hazırda gənclərin düşüncə tərzi müsbət mənada tamam dəyişib: "Gənclərin vətənpərvərliyi ilə bağlı səslənən fikirlərə aprel döyüşləri nöqtə qoydu. Həmin hadisə bugünkü gənclərin milli kökə bağlı vətənpərvər şəxsiyyət kimi formalaşdığının əyani sübutudur. Bu gün ölkədə 350-dək gənclər təşkilatı fəaliyyət göstərir. Bunun içərisində hər gün işləyənlər də var, eləsi də vaxtaşırı sıçrayış olur. Eləsi də var ki, qrant müsabiqəsi vaxtı peyda olur. Hamısının fəal olmasını gözləmək də mümkün deyil. Bu da olduqca təbii haldır. Həmin təşkilatların ideyalarının formalaşdırılması üçün hətta bir çox donor sistemi mövcuddur. Gənclər də bundan yaxşı mənada istifadə edərək öz layihələri üçün yararlana bilirlər".

İ.Babayev əlavə edib ki, bu gün formalaşması müasir dövrə düşən gənc bəzən ötən zamana qiymət verə bilmir və o vaxtı düzgün dəyərləndirmir: "Həmin gənclərin bəziləri bugünkü inkişafı görür və hesab edir ki, bu, belə və daha çox olmalıdır. Kimki əvvəlki günü görüb yaxşı və pisi ayırır".

Son xəbərlər

Orphus sistemi