Yuxarı

Eldar İbrahimov “Şərəf” ordeni ilə təltif edilib

Hikmət Mirzəyevə isə “Əməkdar hüquqşünas” fəxri adı verilib

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Eldar Rza oğlu İbrahimovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, E.İbrahimov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə bu ordenlə təltif edilib.

Dövlət başçısının digər sərəncamı ilə məhkəmə hakimiyyəti orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Hikmət Abbas oğlu Mirzəyevə “Əməkdar hüquqşünas” fəxri adı verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi