Eldar Əzizov: "Əvvəllər gecələr təhlükəsizliyə təminat verə bilmirdik, amma indi buna nail olmuşuq"

Eldar Əzizov: "Əvvəllər gecələr təhlükəsizliyə təminat verə bilmirdik, amma indi buna nail olmuşuq" Bakı. 2 mart. REPORT.AZ/ 1990-cı ilin əvvəllərində gecələr təhlükəsizliyə təminat verə bilmirdik. Amma Azərbaycan rəhbərliyi təhlükəsizliyə nail oldu. Buna görə sevinməyə dəyər.
Daxili siyasət
2 Mart , 2019 10:59
Eldar Əzizov: Əvvəllər gecələr təhlükəsizliyə təminat verə bilmirdik, amma indi buna nail olmuşuq

Bakı. 2 mart. REPORT.AZ/ "1990-cı ilin əvvəllərində gecələr təhlükəsizliyə təminat verə bilmirdik. Amma Azərbaycan rəhbərliyi təhlükəsizliyə nail oldu. Buna görə sevinməyə dəyər".

"Report" xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O qeyd edib ki, hazırda Azərbaycanda sosialyönümlü siyasət reallaşır, addım-addım hər şeyə nail olunur: "Mən dünən Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində görüş keçirdim. Orda hamı birmənalı Prezidentin siyasətini dəstəkləyir. Dərin düşüncəli adamlar bunu başa düşür. Ölkədə qiymətləri tənzimləmə siyasəti həyata keçirilir. Bu birbaşa prezidentin tapşırığıdır. Gördüyünüz kimi, mütəmadi yarmarkalar təşkil edilir ki, sakinlərdə seçim imkanı olsun. Bu proses davam etdiriləcək".

Son xəbərlər

Orphus sistemi