Eldar Əzizov Bakıda binaların görünüşünə xələl gətirən elementlərin yığışdırılmasını tapşırıb

Eldar Əzizov Bakıda binaların görünüşünə xələl gətirən elementlərin yığışdırılmasını tapşırıb Hazırda bu istiqamətdə işlər əsasən üç rayonun ərazisində aparılır
Daxili siyasət
3 Sentyabr , 2018 13:02
Eldar Əzizov Bakıda binaların görünüşünə xələl gətirən elementlərin yığışdırılmasını tapşırıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının müavini Eldar Əzizov paytaxtda yaşayış və qeyri-yaşayış binalarının estetik görünüşünə xələl gətirən elementlərin yığışdırılması ilə bağlı tapşırıq verib.

“Report”un BŞİH-dən əldə etdiyi məlumata görə, tapşırığa əsasən, əcnəbi dildə reklamlar, quraşdırıldığı yerə uyğun olmayan reklam konstruksiyaları sökülür.

Bundan başqa, yaşayış binalarının görünüşünə xələl gətirən paltar asmaq üçün nəzərdə tutulan dəmir konstruksiyalar da yığışdırılır.

Hazırda bu istiqamətdə işlər əsasən Yasamal, Nərimanov və Nizami rayonları ərazisində aparılır.

Son xəbərlər

Orphus sistemi