Elçin Quliyev Füzuli və Beyləqanda vətəndaşları qəbul edib

Elçin Quliyev Füzuli və Beyləqanda vətəndaşları qəbul edib Bəzi məsələlər yerindəcə həll olunub
Daxili siyasət
15 Oktyabr , 2015 13:05
Elçin Quliyev Füzuli və Beyləqanda vətəndaşları qəbul edib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev Horadiz Sərhəd Dəstəsində Füzuli və Beyləqan rayonlarının sakinlərini qəbul edib. DSX-nın mətbuat xidmətindən "Report"a verilən məlumatına görə, qəbul zamanı vətəndaşların DSX-də xidmətə qəbul, sosial müavinətlərin verilməsi, mənzil və torpaq sahələrinin sənəd­ləşdirilməsi, tibbi yardımın göstərilməsi, yaşadıqları sərhədyanı yaşa­yış məntəqələrində mövcud olan sosial-məişət problemlərinin həlli və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qaldırılan məsələlər DSX-nin aidiyyəti struktur qurumlarının rəhbərlərinin iştirakı ilə araşdırılıb və konkret tapşırıqlar verilib. Əksər məsələlər yerindəcə həll olunub.

DSX-nin səlahiyyətlərinə aid olmayan müra­ciət­lər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və baxıl­ma­­sının təşkili üçün nəzarətə götürülüb.

Qəbula gələn vətəndaşlar regionlarda görüşlərin keçirilməsini, onların təklif, şikayət və rəylərinin öyrənilməsini, qanuni tələblərin yeri­nə yetirilməsini yüksək qiymətləndirərək mərkəzi icra hakimiyyəti orqan­ları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbu­lu­nun təşkilin­dən razılıqlarını bildirib və yaradılan şəraitə görə prezident İlham Əliyevə minnətdarlıq ediblər.

Son xəbərlər

Orphus sistemi