Əhməd Obalı: "Ağalıda yaradılan şəraiti hər bir güneyli görməlidir"

Əhməd Obalı: "Ağalıda yaradılan şəraiti hər bir güneyli görməlidir" “Burada yaradılan şəraitin Güneydən olan hər bir kəs gəlib görməlidir. Qoy görsünlər ki, bir millət yalnız öz bayrağı altında daha xoşbəxt və daha gözəl yaşaya bilər”
Daxili siyasət
4 Dekabr , 2022 14:38
Əhməd Obalı: Ağalıda yaradılan şəraiti hər bir güneyli görməlidir

“Burada yaradılan şəraiti Güneydən olan hər bir kəs gəlib görməlidir. Qoy görsünlər ki, bir millət yalnız öz bayrağı altında daha xoşbəxt və daha gözəl yaşaya bilər”.

“Report”un Qarabağ bürosu xəbər verir ki, bu fikirləri bu gün Zəngilan rayonu Ağalı kəndində səfəri zamanı Əhməd Obalı səsləndirib.

Ölkəmizdə səfərdə olan güney azərbaycanlı, hazırda Amerikada mühacir həyatı sürən Əhməd Obalının işğaldan azad olunan ərazilərə səfərinin növbəti ünvanı Zəngilan rayonu Ağalı kəndi olub. Kənddə onu Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur İqtisadi rayonun üzrə xüsusi nümayəndliyinin əməkdaşı Aqil Qurbanov qarşılayıb. Əhməd Obalıya Ağalı kəndində yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib.

Bildirilib ki, qısa müddət ərzində Ağalının doğma sakinləri öz yurduna qovuşub, onların sosial rifahı üçün kənddə hər cür şərait yaradılıb. Ağalı kəndi ilə tanış olan qonaq burada yaradılan şərait barədə belə deyib:

“Yol boyu gəldiyimiz hər yerdə xarabalıq və dağıntıların şahidi olduq. Adamın inanmağı gəlmir ki, o cür dağıntılardan sonra belə bir möhtəşəm və müasir kənd görəcəksən. Mən bura təsadüfən gəlmiş olsaydım, elə zənn edərdim ki, dünyanın hansısa bir inkişaf etmiş şəhərindəyəm. Burada gördüyüm inkişaf məni çox sevindirdi. İndi siz baxın ki, hələ kənd bu cür ürəkaçandırsa, görün şəhərlər necə bərpa ediləcək. Mən onu da demək istəyirəm ki, burada yaradılan şəraiti Güneydən olan hər bir kəs gəlib görməlidir. Qoy görsünlər ki, bir millət yalnız öz bayrağı altında daha xoşbəxt və daha gözəl yaşaya bilər”.

Son xəbərlər

Orphus sistemi