Əfv siyahısında 634 şəxsin adı var

Əfv siyahısında 634 şəxsin adı var Bakı. 24 may. REPORT.AZ/ Prezident İlham Əliyevin imzaladığı Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam 634 nəfərə şamil edilib.
Daxili siyasət
24 May , 2018 17:30
Əfv siyahısında 634 şəxsin adı var
0 : 00
0 : 00

Bakı. 24 may. REPORT.AZ/ Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında" sərəncam 634 nəfərə şamil edilib. 

"Report" xəbər verir ki, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 607 şəxs cəzanın çəkilməmiş hissəsindən azad olunub.

Bundan başqa, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər, həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 9 nəfər cəzadan azad edilib.

Eləcə də islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 11 nəfər isə cəzadan azad olunub.

Son xəbərlər

Orphus sistemi