Əfv Komissiyasının növbəti iclası keçirilib, 100-dən çox müraciətə baxılıb - YENİLƏNİB

Daxili siyasət
  • 17 yanvar, 2023
  • 15:50
Əfv Komissiyasının növbəti iclası keçirilib, 100-dən çox müraciətə baxılıb - YENİLƏNİB

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

“Report”un xəbərinə görə, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb.

Əfv Komissiyanın növbəti iclasının yanvarın 24-də keçirilməsi nəzərdə tutulur.

Bununla da iclaslarda baxılan məsələlərin sayı 200-ü ötüb.

16:00

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir.

"Report"un xəbərinə görə, iclasda komissiyaya daxil olan digər müraciətlərə baxılacaq.

Komissiyanın yanvarın 12-də keçirilən ilk iclasında əfvlə bağlı 100-dən çox müraciətə baxılıb.