Yuxarı
    Bağlamaq

    Ədliyyə orqanlarında işləmək istəyənlərlə aparılacaq söhbətin tarixi açıqlanıb

    Söhbətdə müsabiqənin ikinci mərhələsinə buraxılan namizədələr iştirak edə bilər

    Bakı. 22 iyul. REPORT.AZ/ Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı iyunun 10-da keçirilən test imtahanından uğur qazanan və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanuna uyğun olaraq müsabiqənin ikinci mərhələsinə buraxılan namizədlərlə avqust ayının 10-dan etibarən söhbət keçirilməsinə başlanılacaq.

    Ədliyyə Nazirliyindən "Report"a verilən məlumata görə, söhbət nazirliyin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında) fərdi qaydada keçiriləcək və hər bir namizədə bu barədə elektron kabinetləri və digər informasiya vasitələri ilə əvvəlcədən məlumat veriləcək.

    Xatırladırıq ki, qanunvericiliyə əsasən söhbətin nəticələrinə görə uğur qazanan hüquqşünaslar peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul məsələsi həll olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi