​Ədliyyə Nazirliyinin Müsavat Partiyası başqanının qeydiyyatı ilə bağlı cavabı dekabrın sonunda bəlli olacaq

​Ədliyyə Nazirliyinin Müsavat Partiyası başqanının qeydiyyatı ilə bağlı cavabı dekabrın sonunda bəlli olacaq Partiyanın sentyabrın 27-də keçirilən qurultayı ilə bağlı Ədliyyə Nazirliyinə noyabrın 5-də müraciət olunub
Daxili siyasət
11 Dekabr , 2014 10:35
​Ədliyyə Nazirliyinin Müsavat Partiyası başqanının qeydiyyatı ilə bağlı cavabı dekabrın sonunda bəlli olacaq

Bakı. 11 dekabr. REPORT.AZ/ Müsavat Partiyasının sentyabrın 27-də keçirilən qurultayı ilə bağlı müvafiq məlumatların dövlət reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə noyabrın 5-də müraciət olunub.

Partiya başqanının müavini Gülağa Aslanlı "Report"un sorğusuna cavab olaraq bildirib ki, Ədliyyə Nazirliyi partiyanın müraciətinə dekabrın 20-nə qədər cavab verməlidir: "Qurultayla bağlı sənədlər Azərbaycan qanunvericiliyi və partiya Nizamnaməsinə uyğun hazırlanaraq, Ədliyyə Nazirliyinə təqdim edilib. İndi yekun cavabı gözləyirik".

Qeyd edək ki, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna əsasən, hüquqi şəxslər, o cümlədən siyasi partiyalar sənədlərdə dəyişiklik olarsa, 40 gün müddətində müvafiq məlumatların dövlət reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etməlidir. Müsavat Partiyasının sentyabrın 27-də keçirilən qurultayında partiyaya yeni sədr (başqan) seçilib, həmçinin Nizamnaməyə dəyişiklik edilib.

Son xəbərlər

Orphus sistemi