Yuxarı

​Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinə işə qəbulla bağlı növbəti müsabiqə elan edilib

Vakant ştat vahidləri müxtəlif ixtisasları əhatə edir

Bakı. 3 mart. REPORT.AZ/ Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinə işə qəbulla bağlı növbəti müsabiqə elan edilib.

Bu barədə "Report"a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, vakant ştat vahidləri Məhkəmə ekspertizası mərkəzində əsasən kimya, fizika, riyaziyyat, filologiya, biologiya, əmtəəşünaslıq, istehlak mallarının ekspertizası və marketinqi, psixologiya, ekologiya, ekologiya mühəndisliyi, inşaat mühəndisliyi, istilik energetikası mühəndisliyi, dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi, elektrik mühəndisliyi, mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi, yol hərəkətinin təşkili, mühasibat uçotu və audit, Mərkəzin Gəncə regional bölməsində biologiya, Şəki regional bölməsində fizika, Şirvan regional bölməsində isə kimya ixtisasları üzrədir.

Mərkəzə qulluğa qəbulla bağlı açıq müsabiqədə iştirak etmək istəyən və qanunvericiliyin tələblərinə cavab verən ali təhsilli, yüksək hazırlığa və təcrübəyə malik Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.

Namizədlər müəyyən olunmuş ərizə formasını vədigər sənədləri Məhkəmə ekspertizası mərkəzinin inzibati binasında, Mərkəzin Gəncə regional bölməsində, Mərkəzin Şəki regional bölməsində, Mərkəzin Şirvan regional bölməsində təqdim edə bilərlər.

Müsahibədə iştirak etmək üçün tələb olunan sənədlərin, sualların hazırlanmasında istifadə olunan hüquqi aktların siyahısı, müsahibənin keçirilməsi qaydaları, həmçinin qulluğa qəbulla bağlı digər aidiyyəti məsələlərlə Mərkəzin internet səhifəsində (www.expert.gov.az) tanış olmaq, 498-09-71, 493-18-52 telefonları vasitəsilə əlavə məlumat almaq olar. Həmçinin qeyd olunan sənədləri Mərkəzdə və onun regional bölmələrində əldə etmək mümkündür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi