Yuxarı

​Naxçıvan ədliyyə nazirinə yeni müavin təyin edilib

Bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb

Bakı. 17 fevral. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının (MR) Ədliyyə Nazirliyində yeni müavin təyinatı olub.

"Report" xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncamla Emin Hüseyn oğlu Səfərov Naxçıvan MR ədliyyə nazirinin müavini təyin edilib.

Xatırladaq ki, keçən ay Elnur İsmayılov Naxçıvan ədliyyə nazirinin müavini vəzifəsindən azad edildikdən sonra bu vəzifə vakant idi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi