Ədliyyə Nazirliyində yeni idarə yaradılıb, işçilərin sayı artırılıb

Ədliyyə Nazirliyində yeni idarə yaradılıb, işçilərin sayı artırılıb Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb
Daxili siyasət
18 Noyabr , 2016 19:14
Ədliyyə Nazirliyində yeni idarə yaradılıb, işçilərin sayı artırılıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Ədliyyə Nazirliyində yeni idarə yaradılıb, işçilərin sayı artırılıb. 

"Report"un məlumatına görə, bu, Prezident İlham Əliyevin “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalaması ilə mümkün olub.

Belə ki, dəyişikliklərə əsasən, Ədliyyə Nazirliyində İnformasiya-kommunikasiya texnologiyaları idarəsi yaradılıb, həmçinin nazirliyin mərkəzi aparatının işçilərinin say həddi 380-dən 420 ştat vahidinə çatdırılıb. 

Son xəbərlər

Orphus sistemi