Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq Baş İdarəsinə yeni rəis təyin edilib
Daxili siyasət
- 06 aprel, 2024
- 14:42
Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq Baş İdarəsinə yeni rəis təyin edilib.
"Report" xəbər verir ki, yeni ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə bu vəzifəyə Hüseynov Toğrul Aydın oğlu təyin olunub.
Nazirin digər əmri ilə Həsənli Rəşad İsmayıl Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq Baş İdarəsinin rəis müavini təyin olunub.
Qeyd edək ki, bu ilin mart ayında Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Hüseynov vəzifəsindən azad edilərək, Ali Məhkəmə Aparatının Məhkəmə təcrübəsinin təhlili şöbəsinin müdiri təyin olunub.
Bundan əvvəl Toğrul Hüseynov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin baş məsləhətçisi vəzifəsində çalışıb.
Son xəbərlər
13:05
Növbəti köç karvanı Xanyurdu kəndinə çatıb
Daxili siyasət13:01
Foto
Azərbaycanın U-15 millisinin futbolçuları üçün seminar keçirilib
Futbol13:01
Növbəti köç karvanı Şuşakənd kəndinə çatıb
Daxili siyasət13:00
Ermənistan və Gürcüstan readmissiya haqqında sazişi ratifikasiya edəcək
Region12:57
ADY: 10 ayda qatarlar heyvanlarla 48 dəfə toqquşub
İnfrastruktur12:57
Eksternat imtahanları üçün sənəd qəbulu başlayır
Digər12:52
"Qarabağ" azarkeşlərinə "Napoli" ilə matç üçün ayrılan yer sayı açıqlanıb, biletlər satışa çıxır
Futbol12:51
İndoneziyada torpaq sürüşməsi nəticəsində 3 nəfər ölüb, 20 nəfər itkin düşüb
Digər ölkələr12:49
Foto